Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 5,30%, yaxud 2,65 dollar ucuzlaşaraq 50,04 ABŞ dolları təşkil edib.
Report-un xəbərinə görə, birjalarda "Brent" markalı xam neftin qiymətində də azalma müşahidə olunub. Belə ki, "Brent"in bir bareli 6,23% və ya 3,31 dollar ucuzlaşaraq 53,11 dollara düşüb.
Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı vəziyyətdə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 57 dollar/barel olacağı proqnozlaşdırılır.