13 İyun 2023 11:18
1 113
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə rusiyalı turistlər üçün təhlükəli destinasiyalar (ziyarətçinin ən azı bir gecə keçirdiyi, müəyyən edilmiş idarəetmə, fiziki, inzibati sərhədləri və yaxşı tanınan imiclə tamamlanan turistik yerlər) arasında yer alır.

Teleqraf.com xəbər verir ki, bu iddianı Rusiyanın ən böyük sığorta şirkətlərindən biri olan “VSK” irəli sürüb.

Sığorta evinin analitikləri xaricə istirahətə gedən rusiyalıların sağlamlığı üçün ən təhlükəli xarici istirahət istiqamətlərini sadalayıblar.

Tətil sığortası çərçivəsində ödəniş və sağlamlıq problemləri məlumatlarını nəzərə alan araşdırmalar, Türkiyənin ən təhlükəli səyahət məkanı olduğunu iddia edir.

Rusiyada tətil zamanı sağlamlıq problemləri 24 faizlə ikinci yeri tutduğu halda, tibbi sığorta çərçivəsində turistlərə göstərilən xidmətlərdə Abxaziya 11 faiz payla üçüncü yerdədir.

Mütəxəssislər bu sıralamanın sağlamlıq risklərindən çox, ruslar arasında bu destinasiyalara tələbatla bağlı olduğunu vurğulayır.

Türkiyədə rus turistlərin tibbi sığorta çərçivəsində müalicə aldıqları ən çox rast gəlinən problemlərin qastrit (18%), faringit (14%) və qulaq iltihabı (12%) olduğu bildirilib. Digər problemlər arasında yuxarı tənəffüs yollarının infeksiyaları 11 faiz, tonzillit 8 faiz, ürəkbulanma 5 faiz və müxtəlif xəsarətlər 5 faiz olub.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər