Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,58 ABŞ dolları, yaxud 0,76 % artaraq 77,15 ABŞ dolları təşkil edib.
Bu barədə Teleqraf.com-a neft bazarındakı mənbə məlumat verib.
Dünən hərracların nəticələrinə görə, “Brent” markalı neftin avqust fyuçersləri 73,55 ABŞ dollarına satılıb.
Qeyd edək ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.