“Çinin çip və elektronika istehsalında istifadə edilən bəzi metalların ixracını məhdudlaşdırmasından narahatam”.
Teleqraf.com xəbər verir ki, bunu Çinə ilk dəfə səfər edən ABŞ maliyyə naziri Canet Yellen paytaxt Pekində amerikalı iş adamları ilə görüşdə deyib.
Yellen Çinin ABŞ şirkətlərinə qarşı gördüyü tədbirlərdən xüsusilə narahat olduğunu vurğulayıb: “Çinin həm elementlərin ixracına tətbiq etdiyi məhdudiyyətin, həm də şirkətlərə qarşı aldığı qərarların ABŞ üzərindəki təsirlərini qiymətləndiririk. Biz Çinin Vaşinqtonun iqtisadi üstünlük əldə etmək üçün bu məhdudiyyətlərdən istifadə etməsi ilə bağlı ittihamlarını rədd edirik. Bu qərarlar ABŞ-ın milli təhlükəsizliyini qorumaq üçün verilib. Bu qərarların arxasında iqtisadi üstünlük əldə etmək motivi yoxdur”.
Qeyd edək ki, Çin qallium və germanium metallarının ixracını milli təhlükəsizlik və maraqların qorunması səbəbi ilə məhdudlaşdırıb. Məhdudiyyət avqustun 1-dən qüvvəyə minəcək.