14 İyul 2023 16:35
1 016
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycandan Rusiyanın Moskva vilayətinə ixrac edilmiş 16 ton təzə pomidorda “Cənubi Amerika pomidor güvəsi” aşkarlanıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti ("Rosselxoznadzor") məlumat yayıb.

Məlumata görə, Azərbaycandan gətirilən məhsulları "Rosselxoznadzor"un Moskva şəhəri, Moskva və Tula vilayətləri üzrə İdarəsi “LC” Western Gates” QSC-nin müvəqqəti saxlama anbarında yerləşən fitosanitar nəzarət postunda yoxlayıb.

“Rosselxoznadzor”un tabeliyində olan Ümumrusiya Bitki Karantini Mərkəzinin (FGBI VNIIKR) mütəxəssisləri laboratoriya müayinəsi ilə karantin obyektinin varlığını təsdiqləyib.

Rusiyanın fitosanitar qanunvericiliyinə uyğun olaraq, karantin məhsulları Azərbaycana - yükgöndərənə geri qaytarılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər