14 Avqust 2023 17:59
686
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın bu il iyulun 1-nə 4 970,3 milyon manat təşkil etmiş daxili dövlət borcunu əsasən daxili maliyyə bazarında yerləşdirilmiş dövlət qiymətli kağızları üzrə ödənilməmiş qalıq vəsait təşkil edib.

Teleqraf.com bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, hesabat tarixinə daxili dövlət borcunun 27,5 %-i 1 illik, 52,1 %-i 2 və 3 illik, 20,4 %-i isə 5 il və daha artıq müddətli dövlət qiymətli kağızlarının payına düşüb.

Bu ilin I yarısında daxili dövlət borcu 782,1 milyon manat artıb. Buna əsas səbəb dövlət borcunun idarə edilməsi strategiyasına uyğun olaraq xarici borcun tədricən əvəzlənərək daxili dövlət borcalmasının həcminin artırılması məqsədilə cari ilin ötən dövrü ərzində xarici dövlət borc üzrə vaxtı çatan əsas borc ödənişlərinin daxili maliyyə bazarında yerləşdirilən dövlət istiqrazları hesabına təkrar maliyyələşdirilməsi, habelə dövlət büdcəsinin xərclərinin bir hissəsinin daxili borclanma hesabına maliyyələşdirilməsi olub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər