Amerika Neft İnstitutunun (API) ötən həftə ABŞ-da xam neft ehtiyatlarının kəskin azalması ilə bağlı məlumatlarına baxmayaraq, neft kotirovkaları aşağı düşməkdə davam edir.
Teleqraf.com xəbər verir ki, “Brent” markalı neftin oktyabr fyuçersləri 0,25 ABŞ dolları (0,29 %) ucuzlaşaraq 1 bareli 84,64 ABŞ dolları olub.
“WTI” markalı neftin sentyabr fyuçerslərinin qiyməti isə 0,21 ABŞ dolları (0,26 %) azalaraq 1 bareli 80,78 ABŞ dolları təşkil edib.