2023-cü ilin yanvar-iyun ayında Ermənistan ilk dəfə Rusiyaya idxaldan çox mal ixrac edərək 210 milyon dollarlıq ticarət profisiti əldə edib.
Teleqraf.com xəbər verir ki, bu barədə RİA Novosti məlumat açıqlayıb.
Son illərdə kəsir də qeydə alınıb. Ən böyük kəsir 2022-ci ildə 596 milyon dollar, ən kiçiyi isə 2004-cü ildə 45 milyon dollar səviyyəsində olub. Bu, Ermənistanın ixracının sürətlə artması səbəbindən baş verib. Bu il mal tədarükü üç dəfə artaraq 1,68 milyard dollara çatıb.
Bundan başqa, Rusiyadan mal idxalı da 28 faiz artaraq 1,5 milyard dollara çatıb. Nəticədə iki ölkənin ticarət dövriyyəsi ilk dəfə yanvar-iyun aylarında rekord həddə - 3,14 milyard dollara çatıb.
Geniş fərqlə Rusiya Ermənistanın əsas ticarət tərəfdaşı olaraq qalır, onun ardınca Birləşmiş Ərəb Əmirlikləri (782 milyon dollar) və Çin (655 milyon dollar) gəlir. Gürcüstan və ABŞ da ən böyük beş ticarət tərəfdaşı sırasındadır.
Erməni mallarının ən mühüm ixracat məntəqələrində Gürcüstan və ABŞ-ı Hollandiya və İraq əvəzləyib. Vyetnam isə BƏƏ-ni Ermənistanın ilk beş idxal tərəfdaşından kənarlaşdırıb.