22 Avqust 2023 22:36
847
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyanın ən böyük düyü ixracatçısı olan Hindistan ərzaq qiymətlərinin artması ilə mübarizə apardığı üçün düyü daşınmasına əlavə məhdudiyyətlər tətbiq etməyi düşünür.

Teleqraf.com xəbər verir ki, bu addımın reallaşacağı təqdirdə qlobal tədarükün daha da azalacağı gözlənilir.

Mənbələr hələlik məsələ ilə bağlı qərarın verilmədiyini və məhdudiyyətin icrasına gətirib çıxaracaq dəqiq danışıqların olmadığını bildiriblər.

Cənubi Asiya ölkəsinin bəzi məhsulların ixracına qadağa qoyması və Taylandın istehsal perspektivi ilə bağlı narahatlıqlar fonunda Asiyada düyü qiymətləri bu ay son 15 ilin ən yüksək səviyyəsinə qalxıb.

Hindistan artıq basmati düyü ixracını qadağan edib. Bundan əlavə, ölkədə buğda, şəkərin ixracı və bəzi məhsulların yığılması da məhdudlaşdırılıb.

Hindistan həmçinin tədarükün yaxşılaşdırılması üçün buğdaya 40 faiz idxal rüsumunu aradan qaldırmağı və hökumətin ehtiyatlarından pomidor və taxıl satmağı düşünür.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər