22 Avqust 2023 18:12
648
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İstifadə etdiyim qaza görə borcum yaranıb. Sizdən xahiş edirəm ki, borcu hissə-hissə ödəməyim üçün mənə müəyyən vaxt verəsiniz”.

Teleqraf.com xəbər verir ki, bu sözləri Qazax rayonunun Çaylı kənd sakini Elşad Bənnayev “Açıq mikrofon” aksiyası çərçivəsində sakinlərlə keçirilən görüş zamanı bildirib.

Bundan əlavə aksiya zamanı qaz sayğacının yerinin dəyişdirilməsi, fərdi qazlaşma, küçə qaz xəttinin çəkilişi ilə bağlı müraciətlər də ünvanlanıb. Hər bir sakinin müraciəti SOCAR “Azəriqaz” İstehsalat Birliyinin Şəmkir Regional qaz istismarı İdarəsinin rəhbər şəxsləri tərəfindən dinlənilib, vətəndaşlara lazımi izahatlar verilib.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər