24 Avqust 2023 14:38
3 195
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya 2022-ci ildə alıcılıq qabiliyyəti paritetinə (PPP) görə dünyanın ən böyük beş iqtisadiyyatı sırasında yer alıb və Qərbin sanksiyalarına baxmayaraq Almaniya kimi ölkələri geridə qoyub.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Dünya Bankının son hesabatına istinad edərək deyib.

Strateji İnkişaf və Milli Layihələr Şurasında çıxış edən Putin bu inkişafın açıq-aşkar pessimist proqnozlara baxmayaraq baş verdiyini bildirib: “Reytinq çox aydındır və bu, Rusiyanın PPP baxımından Almaniyanı geridə qoyduğunu göstərir”.

Qeyd edək ki, Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun (BVF) açıqladığı rəsmi ölkə məlumatlarına əsaslanan hesablamalarına görə, Rusiyanın ümumi daxili məhsulu (ÜDM) ötən ilin sonunda alıcılıq qabiliyyəti pariteti (PPP) baxımından 5,51 trilyon dollar təşkil edib. Hesabata görə, bu rəqəm 3,993 trilyon dollarlıq rəsmi hesablamadan 38 faiz çoxdur.

Məlumatlar həmçinin göstərilir ki, alıcılıq qabiliyyəti pariteti ilə ölçüldükdə Rusiya iqtisadiyyatı 5 trilyon dollar ÜDM ilə Almaniyanı qabaqlayır.

BVF və Dünya Bankı bu yaxınlarda Rusiya iqtisadiyyatı ilə bağlı proqnozlarını artıraraq, güclü ticarət, sənaye istehsalı və gözləniləndən yüksək enerji gəlirləri ilə dəstəklənən sanksiyalara baxmayaraq, ÜDM-in artmağa davam edəcəyini açıqlayıb.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər