Rusiyanın neft və təbii qaz gəlirləri ilin ilk 8 ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 38 faiz azalaraq 4,8 trilyon rubla (təxminən 50 milyard dollar) düşüb.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Maliyyə Nazirliyi açıqlayıb.
Məlumata görə, ölkənin neft və təbii qaz gəlirləri avqust ayında əvvəlki ayla müqayisədə 20 faiz azalaraq 642,7 milyard rubl olub.
Qeyd edək ki, bəzi Qərb ölkələri Ukrayna müharibəsi səbəbindən Rusiya nefti və təbii qazının idxalını dayandırsa da, bəzi ölkələr onu əhəmiyyətli dərəcədə azaltmaq qərarına gəlib.