İsveç Kral Elmlər Akademiyası 2023-cü il iqtisadiyyat üzrə Nobel mükafatının qalibini elan edib.
Teleqraf.com xəbər verir ki, bu nominasiyaya amerikalı iqtisadiyyat tarixçisi Klaudiya Qoldin layiq görülüb.
Müəllif bu mükafatı “İşçi qüvvəsində qadınların yeri” mövzusundakı işinə görə qazanıb.
1946-cı ildə anadan olan Qoldin Harvard Universitetində professor vəzifəsində çalışır.
Nüfuzlu mükafat 11 milyon İsveç kronu (1 milyon dollar) dəyərindədir.
“Builki iqtisadiyyat elmləri laureatı Klaudiya Qoldin əsrlər boyu qadınların qazancları və əmək bazarında iştirakının ilk hərtərəfli hesabatını təqdim etdi. Onun araşdırması dəyişikliklərin səbəblərini, eləcə də qalan gender fərqinin əsas mənbələrini ortaya qoyur”, - mükafat verən qurumun açıqlamasında bildirilir.