18 Yanvar 22:40
1 751
12 Punto 14 Punto 16 Punto 18 Punto

2023-cü ildə Cənubi Qafqaz (Bakı-Tbilisi-Ərzurum) boru kəməri ilə 2022-ci ildəki 20,8 milyard kubmetr ilə müqayisədə 21,8 milyard kubmetrdən artıq qaz nəql olunub.

Teleqraf.com bu barədə Dövlət Statistika komitəsinə istinadən xəbər verir.

Beləliklə, Bakı-Tbilisi-Ərzurum boru kəməri ilə qaz tədarükünün həcmi 2022-ci illə müqayisədə 4,8 faiz artıb.

Onun payına 2023-cü ildə Azərbaycanın magistral qaz kəmərləri ilə nəql olunan qazın 54,8 faizi düşüb, 2022-ci ildə isə bu göstərici 53 faiz olub.

2023-cü ildə Azərbaycanın magistral qaz kəmərləri ilə 39,8 milyard kubmetrdən artıq qaz nəql olunub ki, bu da 2022-ci illə müqayisədə (39,2 milyard kubmetrdən artıq) 1,4 faiz çoxdur.

Qeyd edək ki, CQBK 2006-cı ilin sonlarında istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə Şahdəniz qazını çatdırır. Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi (CQBKG) sistemi isə kommersiya qaz həcmlərinin Türkiyəyə çatdırılmasına 2018-ci ilin iyun ayında, Avropaya isə 2020-ci ilin dekabr ayında başlayıb.

Cənubi Qafqaz Boru Kəməri şirkətinin (CQBKş) səhmdarları bunlardır: bp (operator – 29,99%), Cənub Qaz Dəhlizi (21,02%), LUKOYL (19,99%), TPAO (19,00%) və NİKO (10,0%)


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər