Neft qiymətləri cüzi düşüb.
Teleqraf.com xəbər verir ki, bunu birjaların məlumatları göstərir.
Londonun “ICE Futures” birjasında “Brent” markalı neftin aprel fyuçerslərinin qiyməti 0,29 ABŞ dolları aşağı düşüb və 1 barel üçün 81,33 ABŞ dolları təşkil edib.
Nyu-York əmtəə birjasında “WTI” markalı neftin aprel fyuçersləri 0,33 ABŞ dolları ucuzlaşaraq 1 barel üçün 76,16 ABŞ dolları olub.