"Apple" şirkəti 2024-cü maliyyə ilinin üçüncü rübünün nəticələrini açıqlayıb.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, şirkət il ərzində "iPhone" satışından 39,30 milyard dollar gəlir əldə edib.
Açıqlamada qeyd edilib ki, bu da keçən illə müqayisədə aşağı göstəricidir. Keçən il şirkət 39,67 milyard dollar gəlir edib.
Bundan başqa "Apple"ın ən mühüm bazarlarından biri olan Çindəki gəliri 6,3 faiz azalaraq 14,7 milyard dollara düşüb. Ekspertlər bunu yerli smartonların sərt rəqabəti ilə əlaqələndirib.
iPad-in gəliri təxminən 24 faiz artaraq 7,16 milyard dollara çatıb.
Şirkətdən verilən açıqlamaya görə, gələn il "İphone" smartfonların satışının artacağı gözlənilir. Bunu isə "iPhone 16" cihazlarında süni intellektin fəaliyyətə başlaması ilə əlaqələndirirlər.