London ICE birjasında Brent markalı neftin noyabr füçersinin dəyəri 3 yanvar 2024-cü ildən bəri ilk dəfə barel üçün 75 dollardan aşağı düşüb.
Teleqraf.com xəbər verir ki, bu, ticarət məlumatlarından bəlli olur.
Bildirilib ki, Bakı vaxtı ilə saat 17:07-də "Brent"in qiyməti 2.9% ucuzlaşaraq barrel üçün 74.92 dollara düşüb. Bakı vaxtı ilə saat 17:10-da isə azalma sürətlənərək 74.79 dollar (-3,22%) səviyyəsində olub.
Eyni zamanda, WTI markalı neftin oktyabr füçersi 1.96% ucuzlaşaraq barel üçün 72.46 dollara düşüb.