22 Avqust 20:25
1 742
12 Punto 14 Punto 16 Punto 18 Punto

Horadiz-Ağbənd dəmir yolu xəttinin 75-ci km-də inşa edilən qalereya, dəmir yolunu dağlardan düşə biləcək qaya parçalarından mühafizəsi üçün layihələndirilib.

Teleqraf.com xəbər verir ki, bu barədə jurnalistlərə Şərqi Zəngəzurda yenidən qurulan, Horadiz - Ağbənd dəmir yoluna media turu çərçivəsində "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat katibliyi şöbəsinin rəhbəri Sənubər Nəzərova bildirib.

"Tikilən qalereyanın qabariti gələcəkdə dəmir yolu xəttinin elektirikləşdirilməsi üçün də imkan verir. Qalereya svaylar üzərində layihələndirilib və onun konstruksiyası monolit dəmir-betondur. Sözügeden qalereya Azərbaycan Respublikasının müstəqilliyi dövründə inşa olunan ilk dəmir yolu qalereyasıdır", - Nəzərova əlavə edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər