7 Noyabr 01:21
1 022
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dolların indeksi dünya valyutaları səbətinə nisbətdə 1,92% artaraq 105,441 bənd təşkil edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Financial Times nəşri məlumat yayıb.

Məlumata görə, bu 2016-cı ilin iyun ayından bəri ən böyük bir günlük artımdır .

ABŞ Dolları İndeksi ABŞ dollarının altı əsas dünya valyutası: avro, İsveçrə frankı, Yapon yeni, funt sterlinq, Kanada dolları və İsveç kronasından ibarət səbətə qarşı dəyərini əks etdirən mühüm göstəricidir.

Bu göstərici iqtisadi sabitliyin göstəricisi, alıcılıq qabiliyyətinin ölçüsü və investorlar üçün bələdçi rolunu oynayır. İndeksin artması dolların möhkəm mövqeyindən və bir qayda olaraq Amerika iqtisadiyyatının sabitliyindən xəbər verir.


Müəllif: Arzu

Oxşar xəbərlər