İqtisadiyyat və Sənaye Nazirliyi (İSN) yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Sumqayıt şəhəri, 10-cu mikrorayon, Babək küçəsi, 8A ünvanında Südabə Əsgərovaya məxsus “Hiper” marketdə yoxlama aparıb.
İSN-nin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, yoxlama zamanı təklif olunan malların nəzarət kassa aparatının yaddaşında olan qiymətlərinin yarlığındakı qiymətlərdən artıq göstərilməsi ilə istehlakçıların qiymətdə aldadıldığı aşkar olunub.
Qanun pozuntusuna yol vermiş şəxslər barədə müvafiq tədbirlər görülüb.
Naibə QURBANOVA