9 May 2015 20:59
848
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Türk axını" qaz xəttinin çıxış nöqtəsi hesab edilən Türkiyənin Ədirnə vilayətində boru kəmərinin inşası üçün təqribən iki min hektar torpaq sahəsi ayırılıb.

Bu barədəTrend-ə vilayətin valisi Dursun Əli Şahin məlumat verib.

Onun sözlərinə görə, hazırda valilik Türkiyə Energetika və Təbii Sərvətlər Nazirliyinin sərəncamını gözləyir.

Qeyd edək ki, Rusiyanın "Qazprom" şirkəti "Türk axını" qaz xəttinin dəniz sahəsinin tikintisinə başlaması barədə məlumat verib. "Türk axını" layihəsi Qara dəniz vasitəsilə Rusiyadan Türkiyəyə qaz tədarükünü nəzərdə tutur.


Müəllif:

Oxşar xəbərlər