19 May 2015 10:14
711
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son zamanlar ən çox verilən suallardan biri də I Avropa Oyunlarının ölkəmizdə keçirilməsinin manata olan tələbə necə təsir göstərməsi ilə bağlıdır. Teleqraf.com-un verdiyi məlumata görə iqtisadçı alim Vüqar Bayramov bu məsələyə münasibət bildirib.


O, qitədə ilk dəfə təşkil ediləcək bu oyunların milli valyutaya tələbin artması baxımdan birmənalı şəkildə müsbət qiymətləndirib: «Sözügedən oyunların Azərbaycanda keçirilməsi manata tələbin artmasına, eləcə də xarici valyuta təklifinin çoxalmasına səbəb olacaq. I Avropa oyunları zamanı ölkəmizə bütövlükdə 100 mindən artıq əcnəbinin gələcəyi gözlənilir. Beynəlxalq standartlara görə, hər bir turistin Azərbaycanda olduğu hər həftədə 1000 dollar xərclədiyini nəzərə alsaq, bu o deməkdir ki, oyunlar keçirilən müddətdə orta hesabla ölkənin valyuta bazarına 200 milyon dollar əlavə vəsait daxil olacaq. Ölkəyə gələn turistlərin xarici valyutanı milli valyutaya çevirməsi manata tələbin artmasına və xarici valyuta təklifinin çoxalmasına səbəb olacaq».

«Aprelin ayının ikinci yarısından başlayaraq xarici valyutalara tələbin azaldığını nəzərə aldıqda Mərkəzi Bank iyun üçün pronoqzlaşdırılan intervensiya xərclərinin bir hissəsinin turistlərin xərcləmələri hesabına qapaya bilər» - deyə ekspert əlavə edib.


Müəllif:

Oxşar xəbərlər