22 May 2015 08:28
601
12 Punto 14 Punto 16 Punto 18 Punto

Neftin dünya bazarlarında qiyməti yenidən düşüb.

Dünya bazarlarında ötən gündən etibarən başlayan neftin qiymətinin kəskin qalxması prosesi bu gün müşahidə olunmayıb.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0.08 dollar (0.13%) azalaraq 60.64 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin qiyməti 0.14 dollar (0.21%) ucuzlaşaraq 64.40 dollar olub.

Qeyd edək ki, OPEC növbəti 10 ildə neftin qiymətinin 100 dollardan baha olmayacağını açıqlayıb. "The Wall Street Journal" ən optimist ssenariyə görə neftin qiymətinin 2025-ci ildə 75 dollar səviyyəsində proqnozlaşdırıldığını yazıb.


Müəllif:

Oxşar xəbərlər