11 İyun 2015 19:53
662
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Apelyasiya Məhkəməsində ətldə təqsirləndirilən 16 yaşlı Aydan Xalitovanın apelyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb. İttihama görə, ötən il noyabrın 27-də 1998-ci il təvəllüdlü Aydan Xalitova münaqişə zəminində Bakı şəhər sakini, 1991-ci il təvəllüdlü Şəms Abdullayevanı bıçaqla qətlə yetirib.

İstintaq zamanı münaqişənin oğlan üstündə baş verdiyi məlum olub. Aydan Xalitova Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 228.4-cü (soyuq silah gəzdirmə) maddələri ilə ittiham edilir.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Aydan Xalitova 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Aydan Xalitova apelyasiya şikayəti verərək cəzasının yüngülləşdirilməsini istəyib.

Hakim Abid Abdinbəyovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin apelyasiya şikayəti üzrə ilkin baxış iclası olub. Prosesdə onun anket məlumatları dəqiqləşdirilib, həmçinin apelyasiya şikayətinin dəilləri müəyyənləşdirilib.

Məhkəmə baxışı iyunun 21-nə təyin edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər