Bu ilin birinci yarısında Azərbaycandakı 27 sığorta şirkətinin xətti ilə 242,4 milyon manat sığorta haqqı toplanıb.
Publika.az Azərbaycan Sığortaçılar Assosiasiyasına istinadən məlumatına əsasən xəbər verir ki, bu 2014-cü ilin eyni dövrünə nisbətən 14,3% çoxdur.
Yarım il ərzində sığorta şirkətlərinin həyata keçirdiyi ödənişlər isə 92,1 milyon manat təşkil edib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 40,8% çoxdur.
Hesabat dövründə sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının müqabilində 38 manat ödəniş edilib. Bu rəqəm 2014-cü ilin yanvar-iyun aylarında 30,9 manat olub.