"Rusiyadan tranzit qazının həcmi artsa belə, Azərbaycan Gürcüstanın əsas qaz təchizatçısı olaraq qalacaq".
"Georgia Online" agentliyi xəbər verir ki, bunu Gürcüstan baş nazirinin Rusiya Federasiyası ilə münasibətlərin nizamlanması üzrə xüsusi nümayəndəsi Zurab Abaşidze deyib.
"Biz Rusiyadan uzun illərdir ki, qaz alırıq. Bu, Rusiyadan Ermənistana keçən tranzit qazının bir hissəsidir. Əgər tranzit qazının həcmi artarsa, biz də daha çox mavi yanacaq əldə edəcəyik. Mən burada pis heç nə görmürəm. Azərbaycan bu planda bizim strateji tərəfdaşımızdır və strateji tərəfdaşımız olaraq qalacaq. Bu tip kommersiya məsələlərini energetika nazirliyi və iqtisadi komanda müzakirə edir", - deyə Z. Abaşidze vurğulayıb.
/APA/