19 Oktyabr 2015 15:36
645
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarət Xidməti 2015-ci ildə karantin tətbiq edilən və xüsusi təhlükəli zərərli orqanizmlərə qarşı monitorinqlər həyata keçirilib.

Ümumilikdə, Gəncə-Qazax bölgəsində cari ildə zərərli orqanizmlərin aşkar edilməsi məqsədi ilə 865976 hektar sahədə müşahidə işləri aparılıb, 235379 hektar sahədə yayılma müşahidə edilib. Zərərli orqanizmlərə qarşı təsərrüfat subyektləri hesabına 99703 hektar, büdcə vəsaiti hesabına isə 39359 hektar mübarizə tədbirləri aparılıb.

Bölgədə ən təhlükəli növlərdən biri kartof güvəsidir. Güvə vegetasiya müddətində və saxlanma dövründə məhsulu 25-80 faiz məhv edə bilir. Bu təhlükəni nəzərə alaraq, 2014-cü ildən qurum "Respublika ərazisində kartof güvəsinin yayılmasının qarşısının alınması və yayılma ocaqlarının məhv edilməsi üzrə təcrid və ləğvedici tədbirlər planı"nı icra edir. Tədbirlər planı çərçivəsində bölgədə zərərvericiyə qarşı 8915 hektar sahədə büdcə vəsaiti hesabına mübarizə tədbirləri həyata keçirilib. Mübarizə tədbirləri çərçivəsində zərərvericinin vurduğu itki 85-90 faiz civarında azaldılıb.

Fitosanitar Nəzarət Xidmətinin mətbuat katibliyindən Teleqraf.com-a verilən məlumata görə, monitorinq zamanı yığılan kartof yumrularının sahələrdə və həyətlərdə açıq şəraitdə saxlanması nəticəsində məhsulun zərərverici ilə təkrar yoluxması müəyyən edilib. Mütəxəssislər fermer və torpaq mülkiyyətçilərinin zərərvericiyə qarşı aqrotexniki, bioloji və kimyəvi mübarizə tədbirlərinin aparılması istiqamətində maarifləndirilməsini həyata keçirib, ilin sonuna qədər nəzərdə tutulan mübarizə tədbirlərinin səmərəliliyinin artıtılması barədə işgüzar müzakirələr aparılıb.

SEVİL


Müəllif:

Oxşar xəbərlər