27 Oktyabr 2015 18:59
1 195
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın "Ağ Ev" administrasiyası büdcə tənzimləməsi çərçivəsində verilən qərarla 2018-2025-ci illərdə Strateji Neft Ehtiyatlarından milyonlarla barel xam neft satmağı planlaşdırdığını bildirib.

"Report"un "Bloomberg" agentliyinə istinadən verdiyi xəbərə görə, "Ağ Ev"in rəsmi internet səhifəsinə qoyulan xəbərdə Meksika körfəzindəki 4 fərqli mövqedə olan 695 mln. barel neft ehtiyatının 8%-i satışa çıxarılacaq. Satış 2018-ci ildən etibarən ildə 5 mln. barel olmaqla 5 il, 2023-cü ildən sonra isə ildə 10 mln. barel həcmində həyata keçiriləcək. Satışın ümumi həcmi 58 mln. barel olacaq. Məlumatda satışdan əldə olunan gəlirlərin xəzinədarlığa aid xüsusi fondda toplanacağı bildirilir.

Qeyd edək ki, ABŞ, strateji neft ehtiyatlarını 1973-1974-cü illərdə I neft böhranından sonra ərəb neft istehsalçılarının bazardakı mövqelərini balanslaşdırmaq məqsədilə qurulub.

Strateji neft ehtiyatlarının satışını dəstəkləyən məmurlar ABŞ-da daxili neft hasilatının artmasını səbəb göstərərək bu qədər yüksək ehtiyat saxlamağın mənasının olmadığını qeyd ediblər. Amma bir çox ölkə bu qərarın neftin qiymətinin kəskin azaldığı bir dövrdə qərəzli hesab edir.

Qeyd edək ki, ABŞ-ın bu qərarından sonra cari qiymət 0,8 dollar/barel və ya 1,7% azalaraq 46,7 dolllar/barelə kimi geriləyib. "Report"un analitik qrupu hesab edir ki, ilin sonuna qədər neftin qiyməti 35-38 dollar/barelə qədər azalacaq.


Müəllif:

Oxşar xəbərlər