28 Noyabr 2015 09:21
437

Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 1,33 dollar, yaxud 3,09% ucuzlaşaraq 41,71 dollar/barel təşkil edib.

"Report"un məlumatına görə, "Brent" markalı neft isə 0,60 dollar və ya 1,32% ucuzlaşaraq 44,86 dollar/barelə bərabər olub.

Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı səviyyədə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 47 dollar/barel olacağı gözlənilir.


Müəllif: