Ölkəmizin neft-qaz sənayesində əhəmiyyətli rola malik “Günəşli” yatağındakı 8 nömrəli dərin dəniz özülündən 228 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib.
Teleqraf.com SOCAR-ın saytına istinadən məlumat verir ki, Quyu Fasilə Lay Dəstəsindən fontan üsulu ilə məhsul verib, 2788-2780 metr intervaldan gündəlik 105 ton neft və 35000 kubmetr qaz hasilatı ilə istismara daxil edilib.
Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “28 May” Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir.