5 Dekabr 2015 14:24
595
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün “Neft Daşları” NQÇİ-nin 501 nömrəli özülünün dənizə uçması nəticəsində itkin düşən 3 nəfərdən biri tapılıb.


Bu barədə Publika.az-a Dövlət Neft Şirkətinin mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev məlumat verib.

Onun sözlərinə görə, ərazidə axtarış aparan Fövqəladə Hallar Nazirliyinin xilasediciləri itkin düşmüş bir nəfərin meyitini tapıblar. Digər iki nəfərin axtarışları davam etdirilir.

Qeyd edək ki, dünən saat 12.30 radələrində “Neft Daşları” NQÇİ-nin 501 nömrəli özülündə qəza baş vermişdir.Güclü tufan nəticəsində dalğalar estakada döşəməsini üstündəki yaşayış budkası ilə birlikdə uçurub dənizə atıb. Hadisə baş verərkən buxar aqreqatının maşinisti 1971-ci il təvəllüdlü Cavad Xudaverdiyev, səyyar aqreqatın matorçuları-1961-ci il təvəllüdlü Bəhmən Cəfərov və 1974-cü il təvəllüdlü Rövşən Məmmədov budkada olmuşlar.

İtkin düşən nefçilərin axtarışı FHN-in 1 helikopteri və “Vixr-5” yanğınsöndürən gəmisi, həmçinin Xəzər Dəniz Gəmiçiliyinin “Vixr-9” yanğınsöndürən gəmisi, “Avyor” dalğıc gəmisi və “Samir Quliyev” yedək gəmisi ilə davam etdirilir. Hadisənin təfərrüatları özülə göndərilmiş komissiya tərəfindən araşdırılır.


Müəllif:

Oxşar xəbərlər