Türkmənistanda qitənin ən böyük qaz kəmərlərindən biri olan Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan (TAPİ) qaz kəmərinin tikintisinə başlanılıb.
Trend-in xüsusi müxbiri xəbər verir ki, qaz kəməri Türkmənistandan Asiya bazarlarına qaz nəql etməyə imkan verəcək.
Qaz kəmərinin Türkmənistandan keçən hissəsi 3 ilə tikiləcək. TAPİ ildə 33 milyard kubmetr qaz nəql edə biləcək.
TAPİ qaz kəmərinin ümumi uzunluğu 1814 kilometr təşkil edə bilər.