Bəzi işbazlar tərəfindən Azərbaycan manatının məzənnəsinin kəskin dəyişəcəyinə dair əsassız və doğru olmayan şayiələr yayılıb.
Azərbaycan Banklar Assosiasiyasının İcraçı direktorluğundan Teleqraf.com-a bankların kifayət qədər xarici valyuta likvidliyinin olduğunu və müştərilərin xarici valyutaya olan tələblərinin tam yerinə yetirməsinə imkan verdiyini bildiriblər:
"Belə şayiələrin əsassız olduğunu və müəyyən işbazların maraqlarına xidmət etdiyini, Azərbaycan manatının məzənnəsinin kəskin dəyişəcəyinin gözlənilmədiyini nəzərə çatdırır və əhaliyə bu şayiələrə inanmamağı tövsiyə edirik".