28 Dekabr 2015 19:24
672
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mətbuatda gedən informasiyaya əsasən “Naxçıvanbank” ASC-nin Müşahidə Şurasının 25 dekabr 2015-ci il tarixli qərarı ilə “Naxçıvanbank” ASC-yə 21 dekabr 2015-ci il tarixə ABŞ dolları ilə borcu olan fiziki şəxslərin əsas və faiz borclarının alınması 1,05 AZN/USD məzənnəsinə uyğun olaraq aparılacağı bildirilib.

Kiçik bank olan “Naxçıvanbank” ASC üzrə xarici valyutada kredit portfeli cəmi 934 min ABŞ dollardır və 370 nəfəri əhatə edir. Kreditlərin 1,05 AZN/USD məzənnəsi ilə qaytarılması nəticəsində yaranacaq 420 min manat zərər böyük vəsait olmadığı üçün “Naxçıvanbank” ASC tərəfindən öz vəsaitləri hesabına qarşılanacağı mümkün görünür.

Bu barədə Azərbaycan Mərkəzi Bankından (AMB) Teleqraf.com-a daxil olan məlumatda bildirilir.

Qeyd olunur ki, ölkə miqyasında isə kredit təşkilatları tərəfindən əhaliyə xarici valyutada verilmiş kreditlərin həcmi 2 mlrd. dollar təşkil edir.

"Lakin bir sıra kütləvi informasiya vasitələrində eyni addımın bankların vəsaitləri hesabına ölkə miqyasında da atılması üzrə populist çağırışlar bankların maliyyə vəziyyətini pisləşdirə və ilk növbədə əhalinin əmanətləri üçün təhlükə yaradardı", - deyə AMB-nin açıqlamasında bildirilir.


Müəllif: