5 Yanvar 2016 18:47
632
12 Punto 14 Punto 16 Punto 18 Punto

2015-ci ildə daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə 4 580 sığorta müqaviləsi bağlanıb.

Publika.az xəbər verir ki, həmin müqavilələr üzrə daxil olan sığorta haqlarının məbləği 330 240 manat təşkil edib.

2014-cü il ilə müqayisədə sığorta müqavilələrinin sayında 6,9% artım, sığorta haqlarının məbləğində isə 1,3 faiz azalma müşahidə olunub.


Bağlanmış sığorta müqavilələrinin 3 555-i hüquqi şəxslərə, 1 025-i isə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə məxsus daşınmaz əmlakla bağlı olub.

Bu icbari sığorta növü üzrə sığortalanmış daşınmaz əmlakın şəhər və rayonlar üzrə bölgüsünə gəlincə, Bakı 60, Abşeron 4, Gəncə 4, Şəmkir 1, Salyan 1, Masallı 3 faiz təşkil edib.


Müəllif: