Azərbaycan 2016-ci ildə neft hasilatını 2015 ilin səviyyəsində saxlamaq niyyətindədir.
Bu haqda ANS TV-yə dövlət neft şirkətinin prezidenti Rövnəq Abdullayev açıqlama verib. SOCAR prezidentinin sözlərinə görə, artıq bu istiqamətdə addımlar atılıb.
"Azərbaycanda neft hasilati keçən ilki seviyyədən yuxarı olmayacaq" - deyə Rövnəq Abdullayev bildirib.
Qeyd edək ki, daha əvvəl Rusiya, Səudiyyə Ərəbistanı, Qətər və Venesuela Dohada keçirilmiş danışıqların yekunu üzrə məlumat veriblər ki, neft hasilatını yanvardakı səviyyədə dondurmağa hazırdırlar. Bunun üçün digər istehsalçılar da bu təşəbbüsə qoşulmalıdırlar.
Xatırladaq ki, 2015-ci ildə Azərbaycan sutkada təqribən 0,8 milyon barel neft hasil edib. Dünya ixrac hasilatı isə sutkada 95,71 milyon barel təşkil edib.