Kənd təsərrüfatında yaz-tarla işlərinə hazırlıqla yanaşı yanvar ayında diri çəkidə 36,8 min ton ət, 147,3 min ton süd, 141,3 milyon ədəd yumurta, 3,2 min ton tərəvəz istehsal olunub.
Teleqraf.com xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumatda bildirilir ki, 2015-ci ilin yanvar ayı ilə müqayisədə ət istehsalı 0,5 faiz, süd istehsalı 3 faiz, yumurta istehsalı 4,5 faiz, tərəvəz istehsalı 6 faiz artıb.
Kənd təsərrüfatının ümumi məhsulu 1,8 faiz, o cümlədən bitkiçilik məhsulları istehsalı 4,7 faiz, heyvandarlıq məhsulları istehsalı 1,7 faiz artıb.
2016-cı ilin yanvar ayında əsas kapitala 880,7 milyon manat məbləğində vəsait yönəldilib. İstifadə olunmuş vəsaitin 772 milyon manatı və ya 87,6 faizi məhsul istehsalı obyektlərinin, 65,7 milyon manatı (7,5 faizi) xidmət sahələri üzrə obyektlərin, 43 milyon manatı (4,9 faizi) isə ümumi sahəsi 133,7 min kvadrat metr olan yaşayış evlərinin tikintisinə sərf olunub.
Əsas kapitala yönəldilmiş vəsaitlərin 251,3 milyon manatını və ya 28,5 faizini daxili sərmayələr təşkil edilib.
Əsas kapitala yönəldilmiş vəsaitin 643 milyon manatı və ya 73 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.
İLHAMƏ