6 Aprel 2016 10:16
655
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Metropoliteninin "Elmlər Akademiyası" stansiyasının girişi bağlanacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə metropolitenin mətbuat xidməti məlumat yayıb. Mlumatda deyilir:

"Azərbaycan Respublikası Prezidentinin 18 mart 2011-ci il tarixli 1408 saylı Sərəncamı ilə təsdiq olunmuş “Bakı Metropoliteninin 2011-2015-ci illərdə inkişafına dair Dövlət Proqramı”nın yerinə yetirilməsi üçün tərtib olunmuş tədbirlər planının 2.4 bəndinə uyğun olaraq metropolitenin stansiyalarının yenidən qurulması və müasir avadanlıqlarla (işarəvermə, rabitə, teleidarəetmə, eskalator, ventilyator və s.) təchiz olunması nəzərdə tutulub.

“Elmlər Akademiyası” stansiyasının I vestibülündə quraşdırılmış 3 ədəd ET-3 tipli eskalator istismar müddətini başa vurduğu üçün müvafiq qaydada dəyişdirilməlidir. Bunun üçün stansiyanın 1-ci vestibülü sərnişinlərin giriş-çıxışı üçün bağlanıb.

Bütün bunları nəzərə alaraq “Bakı Metropoliteni” QSC sərnişinlərə xəbərdarlıq edir ki, “Elmlər Akademiyası” stansiyasının I vestibülü aprelin 15-dən etibarən sərnişinlərin giriş-çıxışı üçün müvəqqəti bağlanacaq.

II vestibül (BDU tərəf) isə əvvəlki qaydada sərnişinlərin giriş-çıxışı üçün açıq olacaq.

“Bakı Metropoliteni” QSC yaranmış narahatlığa görə sərnişinlərdən üzr istəyir".

Teleqraf.com


Müəllif:

Oxşar xəbərlər