Küveytdə neft sənayesi işçilərinin tətili dayandırması xəbəri, gözlənildiyinin əksinə olaraq, neftin bahalaşması prosesini dayandıra bilmədi.
Bakı vaxtı ilə saat 21:48-ə oilan məlumata əsasən, dünya birjalarında Brent markalı neftin iyun fyuçersinin 1 barreli 45,51 dollara satılıb.
Bu göstərici çərşənbə günü səhər qeydə alınmış rəqəmdən 1,48 dollar, yaxud 3,36% çoxdur.
Ekspertlərin fikrincə, neftin qiymətinin hazırda müşahidə olunan artımı daha çox spekulyativ xarakter daşıyır və heç bir obyektiv amilə əsaslanmır.