"Misir nümayəndə heyətinn Azərbaycana səfərinin məqsədi iki ölkə arasında turizm əlaqələrini daha da inkişaf etdirməkdir".
Teleqraf.com-un məlumatına görə, bunu jurnalistlərə Misirin Azərbaycandakı səfiri Suzan Cəmil deyib.
Diplomat bildirib ki, səfirlik olaraq bu sahədə inkişaf prosesini izləyəcəyik və daim bu sahənin genişlənməsinə töhfə: "Misirin turizm obyektləri azərbaycanlıların üzünə açıqdır. İlk səfərimizdə Azərbaycanın sürətli inkişafının şahidi olduq və çox istərdik bu inkişaf turizm əlaqələrinə də siyarət etsin".
Misir turizm nazirliyinin planlaşdırma sektorunun sədri Ahməd Şükrü hədəfdə qarşılıqlı turist axınını təmin etməyin olduğunu deyib. O, bildirib ki, 2014-cü ildə Azərbaycandan Misirə 3 min nəfər turist səfər edib: "Misirin çox gözəl turizm bölgələri var və onlar Azərbaycan vətəndaşlarının üzünə açıqdır".
Naibə QURBANOVA