Bir zamanların məşhur serial olan "Aliye"nin baş rol aktrisası Sanem Çelik yeni mövsümdə ekranlara qayıdır.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Glamorous Celebrity Management" şirkəti ilə razılaşan aktrisa yeni mövsümdən "Eşkıya Dünyaya Hükümdar Olmaz" serialında rol alacaq.
Qeyd edək ki, bir müddət əvvəl çəkildiyi serialın rejissoru ilə maşında öpüşərkən paparassilərin hədəfinə düşən Sanem Amerikaya gedərək orada qalmışdı.