Özcan Dənizin ayrıldığı sevgilisi Buse Narcı yaşadıqları barədə ilk dəfə danışıb.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Narcı ayrılığın Özcanın istəyi ilə gerçəkləşdiyini deyib: “Özcanla evliliyə doğru irəliləyirdik. Nə baş verdi, bilmirəm, bir gün ayrılmaq istədiyini dedi və mən də qərarına hörmət etdim. Əlbəttə ki, çox üzüldüm və hələ də eləyəm. Mənim üçün heç asan olmadı. Kim sevdiyi insandan ayrılmaq istəyər ki? Amma qismət, görünür, bunda da bir xeyir var”.
İkili beş illik münasibətlərinə bu ilin avqust ayında son qoyub.
Pərvin