13 Fevral 2017 15:08
763
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bütün qadınların sevgiyə ehtiyacı var. Həyatımda sevdiyim şəxsin olması haqqında heç nə deməyəcəm. Allahdan başqa çəkinəcəyim, qorxacağım heç kim yoxdur. Heç vaxt hamının xoşuna gəlməyə çalışmamışam. Bütün addımları istəyərək atmışam”.

Teleqraf.com xəbər verir ki, bu sözləri “ATV maqazin onlarla” verilişində əməkdar artist Lalə Məmmədova deyib. O, Elza Seyidcahanın hamam xalatında səsyazma studiyasına gəlməsindən də danışıb: “Gecə saat 2-də Rəşad İlyasovla studiyada idik. Elza Seyidcahan hamam xalatında oraya gəldi. Onu başqa müğənni etsəydi, gülərdik. Elza olduğuna görə əhvalımız yaxşı oldu”.

Lalə Məmmədovanın iki qızı var.

Rəqsanə


Müəllif: