18 May 2017 16:45
1 327
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Nura Suri İnstaqram hesabında arxiv şəkillərini paylaşıb.

Teleqraf.com xəbər verir ki, valideynlərinin, övladlarının müxtəlif illərdə çəkilmiş fotolarını sosial şəbəkəyə yerləşdirən müğənni haqqında yayılan şayiələrə qarşılıq olaraq nikah fotosunu da yayımlayıb.

“Nikahım. Uzun illər öncə... Haqqımda şayiələr uyduranda elə edin ki, sonra biabır olmayasınız. Arxamca danışmaqdan boğulub, gəbərəcəksiniz. Keçmişinizə baxın, əgər qorxmursunuzsa... Arxaya dönüb baxanda özünüzdən utanırsınız?”

Qeyd edək ki, Nura Suri 1976-cı il aprelin 15-də hərbçi ailəsində dünyaya göz açıb. Müğənninin valideynlərinin hər ikisi — atası və anası Qarabağ Müharibəsi veteranlarıdır. 1991-ci ildə məşhur "İmkan" qrupunda fəaliyyət göstərib. 3 dəfə ailə quran müğənni üç oğul anasıdır – Xosrov, Möhsen və David.


Müəllif: Pərvin

Oxşar xəbərlər