19 Yanvar 2018 10:57
1 900
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyaca məşhur müğənni Maykl Ceksonun müəmmalı və gözlənilməz ölümü hər kəsi şoka saldı. İfaçınin 2009-cu ilin 25 iyununda ABŞ-ın Kaliforniya ştatındakı evində dozadan artıq sakitləşdirici qəbul etdiyi üçün dünyasını dəyişdiyi bildirildi.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, o zaman 51 yaşı olan Ceksonun ölümü ilə bağlı araşdırmalar qısa müddətdə sonlandırıldı.

Ancaq bir müddət öncə onun ölmədiyi ilə bağlı iddialar bütün dünya mediasının gündəmini zəbt etdi.

Bu iddialarla əlaqədar bəzi araşdırmaçılar hərəkətə keçdi. İfaçının qızı Paris Ceksonun bir neçə il sonra çəkilən və sosial şəbəkədə paylaşılan görüntülərinin araşdırılması zamanı üzə çıxan fakt isə iddiaların doğruluğunu sübut edə biləcəkdi. Fotoda Parisin avtomobilinin arxa oturacağında atasının olduğu görünür.

Bəziləri bunun montaj olduğunu dilə gətirsə də, bundan bir neçə ay sonra ABŞ-dakı barlardan birində çəkilən fotodakı şəxsin Maykl Ceksona həddən artıq oxşaması insanları bu iddialara inanmağa vadar etdi.

Qeyd edək ki, astroloq Aslı Günder 2018-ci illə bağlı proqnoz verərkən “Öldü deyilən məşhurlardan birinin əslində sağ olduğu və gizləndiyi üzə çıxacaq. Dünya mediası günlərlə bundan danışacaq” fikrini səsləndirmişdi.


Müəllif: Samir