18 İyun 2018 22:53
2 424
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənnilər Ramazan bayramından sonra yüksək qiymətlərlə toy bazarına start veriblər.

5-6 saatlıq toyu idarə etmək üçün toy sahibindən tələb olunan qonorar isə müğənniyə görə dəyişir.

Bəzi müğənnilər ilə Bakıda olmadıqları üçün telefonla əlaqə yaratdıq.

Lakin restoranlar gündəlik toylarda ifa etmək üçün müğənnilər ilə bağladıqları müqavilə əsasında onlara sözügedən məbləğləri vermirlər. Məsələn, müğənni Səməd Səmədov yarım saatlıq ifa üçün 500 manat aldığını desə də, restoran ilə müqavilə əsasında yarım saatı cəmi 100 manata oxuyur.

Bakıda yerləşən şadlıq saraylarından birində baş inzibatçı işləyən Ramiz Cavadov da "Xəzər Xəbər"ə bildirdi ki, toyda 2-3 mahnı ifa etməsi üçün hər müğənniyə 100- 400 manat arası pul verilir.

Ramiz Cavadov deyir ki, eyni gündə restoranın 4-5 zalında toy varsa, müğənni həmin məbləğə bütün zallarda oxumalıdır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Müəllif: Teleqraf.com