16 Avqust 2014 16:32
871
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kanadalı məşhur ifaçı Selin Dion bütün səhnə və sənət çalışmalarına son verdiyini açıqlayıb.

İfaçının rəsmi internet saytına verdiyi açıqlamasına görə, xərçəng əleyhinə müalicə alan həyat yoldaşı Rene Angelli və ailəsi ilə vaxt keçirmək üçün sənətinə son qoyub.

Açıqlamada ifaçının özünün də boğaz əzələlərində iltihablanma olduğu və 29 iyulda baş tutan sonuncu konsertindən sonra heç bir layihədə iştirak etmədiyi bildirilib.

Ötən dekabr ayında bu qərar barəsində düşünən ifaçı “Heyranlarımdan buna görə üzr istəyirəm. Onlara göstərdikləri sevgi və dəstək üçün təşəkkür edirəm”, - deyib.

Sənətçinin ABŞ-dakı “Colosseum‟ proqramı və yazda təşkil ediləcək olan Asya konserti bu qərardan sonra ləğv edilib.

/ailem.az/


Müəllif: