İdmançı Kamil Zeynallı illər öncə həbs olunmasından danışıb.
Teleqraf.com-un məlumatına görə, “Öz evimizdir” verilişinə anası və övladı ilə qatılan Kamil Zeynallı bildirib ki, dostuna görə azadlıqdan məhrum edilibmiş:
“Dostuma görə başıma bir iş gəlmişdi. Universitetdə onun nişanlısına ilişmişdilər. Biz 2 nəfər, onlar isə çox idilər. Bir neçə nəfəri bıçaqla vurub tutulmuşdum. Bunu qürurla danışmıram, peşmanam.
Bir müddət Bayıl türməsində qaldım. Ora mənə məktəb oldu. Kimə görə tutulmuşdumsa mənə yardım etmədi. Oradan çıxandan sonra Allah mənə qapıları açdı”.