26 Avqust 2014 11:51
1 993
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Kaliforniya ştatında MTV Video Music Awards mükafatının təqdimetmə mərasimi keçirilib. Qırmızı xalıda dünya ulduzlarının keçidi həmişə olduğu kimi toplaşanların marağına səbəb olub.

Teleqraf.com xəbər verir ki, onlar arasında Jenifer Lopes, Mayli Sayrus, Qven Stefani, Keti Perri və digərləri də olub. Mərasimdə ən yaxşı kliplər mükafat alıb. Builki mərasim əsasən, yaddaşlarda ulduzların cəzbedici açıq libasları ilə qalacaq.

Məsələn, Lopes bu il heç bir nominasiyada mükafatlandırılmayıb, amma onun geyimi hələ uzun zaman çoxlarının yuxusunu ərşə çəkəcək.

Ember Rouzun libası isə bir çox ulduzları, o cümlədən Lopes və Beyonsu kölgədə qoyub. Qırmızı xalıdan keçən ulduzların fotolarını sizə təqdim edirik.

Ülkər


Müəllif: