13 Dekabr 2018 09:01
1 233
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Xalq ulduzu” yarışının yadda qalmış iştirakçılarından olan müğənni Kamil Cəfərov ailə qurmaq üçün qız axtarır.

Teleqraf.com-a açıqlama verən ifaçı bildirib ki, hələ ki könlünə yatan qız yoxdur:

“Allah qismət eləsə, ailə quracam. Hələ namizəd yoxdur. İnsanlar müxtəlifdir. Xasiyyətimizə uyğun bir xanım tapmalıyam. Axtarışdayam. Axtarışlarım hələ də davam edir.

Bu günə qədər danışdığım qızlar olub. Danışmışıq, görmüşük ki, bizdə alınmaz. Çox vaxt deyirlər, sənin sənətin müğənnilikdi, evə gec gəlirsən. Pis müğənnilər yaxşıların da yolunu bağlayıb. Tanıyanlar bilir ki, vaxtında evdə olan adamam”.

Kamil daha sonra bildirib ki, şou-biznesdə olan xanımla ailə qurmaz: “Heç vaxt müğənni xanımla ailə qurmaram. Demirəm ki, pisdir. İşi sırf şou-biznesdə olan qadına evlənmərəm.

Şou-biznesdə elə qadınlar var ki, gözəl ailə başçısı, gözəl anadır. Bu sözü deməklə bundan öncə dediyimi sözü sığortalamıram. Sadəcə şəxsi fikrimi dedim. İki qoçun başı bir qazanda qaynamaz”.


Müəllif: Aygül Qarayeva